Ombudsman Azərbaycana qaytarılan əsir və girovlarla görüşdü - Fotolar

Ombudsman Azərbaycana qaytarılan əsir və girovlarla görüşdü - Fotolar
SOSİAL
13:22 16.12.2020
641
Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçuları ilə bağlı məsələ ilk gündən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb. 

Ombudsman Aparatından AZXEBER.COM-a verilən xəbərə görə, müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsir və girovların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycan tərəfinə qaytarılması tələb edilib.

Ombudsman Səbinə Əliyeva əsir və girovlarla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əməkdaşlıq edib, fəaliyyət çərçivəsində məlumat mübadiləsi aparılıb. Həmçinin Ombudsmanın təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə videokonfrans vasitəsilə keçirilmiş görüşdə əsirlikdə olan azərbaycanlı hərbi qulluqçuların valideynlərinin də iştirakı təmin olunub, onların müraciətlərinə imkan yaradılıb.

Məlum olduğu kimi, 2014-cü ildən girovluqda olan, Azərbaycan Ombudsmanının müntəzəm olaraq barələrində məsələni diqqətdə saxladığı Dilgəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən müharibəsində əsir düşmüş 12 nəfər hərbi qulluqçumuz azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilib.

Ombudsman 15 dekabr 2020-ci il tarixdə bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə həmin şəxslərlə görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.

Ombudsman Səbinə Əliyeva müəssisə rəhbərliyi ilə görüşdə də bu şəxslərin səhhəti və onlara göstərilən reabilitasiya və digər yardımlar barədə maraqlanıb.

Həmin şəxslər də öz növbəsində vəziyyətlərini daim diqqətdə saxladığına və bu dövrdə həyata keçirdiyi fəaliyyətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu