Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP)icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimaidinləmələr keçirir.Növbəti ictimai dinləmə Gəncə şəhərində təşkil olunmuşdur.
İctimai dinləmədə şəhər icrahakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, prokurorluq və daxili işlər orqanlarının, dairəseçki komissiyalarının, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları və KİVnümayəndələri, qadınlar, müəllimlər iştirak etmişlər.
İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev tədbiri açaraq, Ombudsmanı salamlamış və bu ictimai dinləmənin əhəmiyyətini vurğulamışdır. O, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Gəncədə abadlıq-quruculuq işlərinin aparıldığını, habelə sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.
Məruzəçi həmçinin insan hüquqlarının müdafiəsinin vacibliyini və MFP-nin əhəmiyyətini qeyd edərək, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə insan hüquqlarının təmini və adı çəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat vermiş, MFP üzrə müvafiq Tədbirlər planının qəbul olunduğunu söyləmiş, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında danışmışdır.
Ombudsman “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə edərək, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat vermişdir. Habelə 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş MFP-nin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər və tədbirlər müəyyən etdiyini vurğulamışdır.
2012-ci ildə Milli Fəaliyyət Proqramının Xızı rayonunda da həyata keçirilməsi nəticəsində görülən işlərlə bağlı ətraflı məlumatlar diqqətə çatdırılmışdır.
Müvəkkil 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə Prezidentinin müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd etmiş, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini söyləmişdir.
Ombudsman eyni zamandabəzi problemləri də qeyd etmiş, burayonda MFP-nin icrası, insan hüquqlarının, o cümlədən seçki hüquqlarının daha səmərəli təmin olunması üzrə digər zəruri məsələləri müzakirəyə çıxarmışdır.
Gəncə şəhər rəhbərliyi və digər iştirakçılargöstərdiyi diqqət və qayğıya görəölkə Prezidentinə minnətdarlıqlarını bildirərək MFP-nin icrasında maraqlı olduqlarını, bu sənədin həyata keçirilməsinidəstəklədiklərini, rayon üzrə tədbirlər planlarına əsasən, əhalinin bu prosesdə fəal iştirak etdiyini vurğulamış,səmərəli təklif və tövsiyələrə görə Müvəkkilə təşəkkür etmişlər.
Tədbirin sonunda E.SüleymanovaOmbudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulamış MFP-nin nüsxələri, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur.