Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanladı

Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanladı
SİYASƏT
12:56 01.12.2020
509
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatının Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya”sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib