"Omicron” variantı üçün peyvənd avqust ayında gələcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yerləşən Moderna biotexnologiya şirkətinin baş direktoru Stephane Bancel koronavirusun yeni variantlarına qarşı hazırlanmış COVİD-19 peyvəndinin avqust ayında istifadəyə verilə biləcəyini açıqlayıb.
Moderna şirkətinin baş direktoru Stephane Bancel bu barədə "Reuters” xəbər agentliyinə danışıb:
"Məqsədimiz iyul ayında bütün müraciətləri və sənədləri tamamlamaq və yaymaq üçün avqustun əvvəlində peyvəndin təsdiqlənməsini almaqdır. Hazırlanan yeni vaksin sentyabrda bəzi ölkələrə çata bilər, bu tamamilə nəzarət qurumu ilə əlaqəli bir şeydir”.
Ayşən