Dünyada 6,6 milyondan çox insanın ölümünə səbəb olan COVİD-19 epidemiyasının ən mutasiyaya uğramış növü kimi tanınan "Omikron" variantının ən çox görülən 5 əlaməti sıralanıb.
AZXEBER.COM xəbər verir ki, 2019-cu ildə ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən koronavirusun ən mutasiyaya uğramış növü kimi tanınan "Omikron" variantının BF7 alt növünün ümumi simptomları müəyyən edilib.
Mütəxəssislər "Omikron" variantının ən çox görülən 5 simptomunu aşağıdakı kimi sadalayıblar:
Qızdırma;
Bu "Omikron" variantının simptomları digər variantların simptomlarına çox bənzəyir, onlardan biri xəstəlik zamanı yüngül və yüksək hərarətdir.
Axan burun;
COVİD-19-un ağrı və qızdırmaya səbəb olduğu bilinsə də, burun axması və soyuqdəymə olduqca çox görünən simptomlardır.
Boğaz ağrısı;
"Omikron" variantı daha çox boğaz ağrısına səbəb olur. Belə olan halda boğazda şişlik, danışmaqda çətinlik, qaşınma və qızartı ola bilər.
Yorğunluq;
BF.7 yorğunluq da daxil olmaqla, tənəffüs yoluxucu infeksiyaya bənzər simptomlara səbəb olur. Bu, enerjinizi azalda bilər və özünüzü darıxdırıcı və yorğun hiss etdirə bilər.
Öskürək;
Soyuqdəymə və öskürək də bu variantda ən çox görülən simptomlardır.
Qeyd edək ki, "Omikron" variantı ciddi fəsadlara səbəb olmaya bilər, lakin daha tez yayıla bilir.
Ayşən