Yuxu iflici kimi tanınan yeni simptom Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin araşdırmasına əsasən məlum olub.
AZXEBER.COM xəbər verir ki, bütün dünyada artan "Omicron” ştammının simptomlarına yenisi əlavə edilib. Məlumata görə, virusa yoluxan şəxslərin bəzilərində yuxu iflici tez-tez yaşanır.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti bu simptomun zərərsiz olduğunu və həyati təhlükəsinin az olduğunu bildirib.
Bununla belə, tədqiqatlar göstərib ki, karantində olan xəstələrin böyük əksəriyyətində yuxu pozğunluqlarında əhəmiyyətli artım müşahidə olunur.
Qeyd edək ki, Danimarkanın Dövlət Serum İnstitutunun baş epidemioloqu Tyra Grove Krause "Omicron”un yanvar ayının sonuna kimi pik nöqtəyə qədər yayılacağını bildirib.
Ayşən Mirzəyeva