"Omikron" ştamının iki qeyri-adi simptomu aşkarlandı

"Omikron" ştamının iki qeyri-adi simptomu aşkarlandı
SAĞLAMLIQ
21:43 15.12.2021
410
Cənubi Afrika Respublikasında dominant olan koronavirusun "omikron" ştamının daha iki əlaməti aşkarlanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Ölkənin ən iri özəl sağlamlıq şirkəti "Discovery Health"in icraçı direktoru Ryan Noaç bildirib ki, "omikron" ştamına yoluxmuş xəstələrdə bel və boğaz ağrıları qeydə alınıb.

Noaç, həmçinin deyib ki, koronavirusun yeni variantı daha az təhlükəlidir.

Qeyd edək ki, yeni "SARS-CoV-2" ştamı ilk dəfə noyabrın 20-də Botsvana və Cənubi Afrikada müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR