Omikronun yüngül görünməsi tələdir, aldadır – Professor

Omikronun yüngül görünməsi tələdir, aldadır – Professor
SAĞLAMLIQ
17:17 13.02.2022
684
ABŞ-ın Meyson Universitetinin professoru Ança Baranova yaz və yayda pandemiyanın gedişatı barədə açıqlama verib.

AZXEBER.COM medicina.az-a istinadla xəbər verir ki, o, Omikronun yüngül keçməsi barədə fikirləri illüziya adlandırıb.

"Omikron qrip kimi yüngül keçir, pandemiya zəifləyir” fikirlərinə görə mən illüziyaya qapılmaq istəməzdim. Hələ də cəmiyyətdə Delta var, hələ də hospitallar doludur, hələ də koviddən ölüm sayı yüksəkdir. Yüngül gedişat uşaqlarda və çox gənc insanlarda olur. Hələ həkimlərin əlində elə bir ciddi dəlil yoxdur ki, Omikrona yoluxan insan xəstəliyi yüngül keçirir, ölmür və ya post-kovid sindromu olmur. İnsanlar real olaraq Omikrondan sonra da aylarla özlərini pis hiss edirlər, çox sistem xəstəlikləri baş qaldırır.

Omikron yuxarı tənəffüs yollarında çox qalır, orda yayılır, ağciyərləri az zədələyir, amma bu o demək deyil ki, o, qan-damar sistemi və sinir sistemi, beyini zədələmir.

Yenə də xəstəlikdən sonra insult, infarkt riski çoxdur, yaddaş, beyin funksiyaları zəifləyir. Fikrimcə, Omikron barədə arxayınlaşmaq və Omikronun özünü guya belə zəif göstərnəsi tələdir. Və bu tələyə çox insanlar, hətta səhiyyə sistemi düşdü.

İnsanlar pandemiyadan yorulub, onları başqa problemlər daha çox narahat edir. Dövlətlər məcbur olaraq pandemiya qadağalarını yumşaltmalı və bunu qəbul edib yanaşı yaşamağı seçməlidir. Amma bu o demək deyil ki, buna görə Omikronun yüngül virus olduğunu səbəb gətirməliyik. Bu illüziyadır. Özümüzü aldatmağa dəyməz. Əksinə, bu ziyanımızadır. Hər halda virus insandan daha ağıllıdır.

Hazırda bütün dünyada kovid statistikası, rəqəmlər əhəmiyyətini itirib. Çünki peyvənd olunub yoluxanlar var ki, sistemə düşməyiblər. Evlərdə ekspress test edib, xəstəliyini gizlədənlər var. Statistika hər gün elan olunur, lakin o, dəqiq deyil və artıq mənası yoxdur. Hər şey bir-birinə qarışıb. Hətta insan var ki, 3 ayda 2 dəfə virusa yoluxub.

Biologiyada belə bir qanun yoxdur ki, mütləq pandemiya 3 il, 5 il davam etməlidir. Həmçinin sonuncu dalğa olmalıdır. Heç kim bilmir sonuncu dalğa hansıdır. Biz arzu edirik ki, Omikron sonuncu dalğa olsun. Amma 5 ilə gedəcəyəmiz yolu da 3 ilə başa vurmağa çalışmamalıyıq. Səs-küylü bəyanatlara ehtiyac yoxdur.

Mən deyə bilərəm ki, Omikron dalğasından sonra yaya doğru uzun müddətli böyük sakitlik dövrü olacaq. Bu, virusun özünəməxsusluğudur. O dalğa kimi geri çəkilə bilər. Hamımız əl-ələ verib Omikrona yoluxacağıq və 4-6 ay qorunma müddəti qazanacağıq.

Amma təbiətdə bu virusun rezervuarı var, o, heyvanlarda mutasiyaya uğrayıb yenidən insana keçə bilər. Kovid endemik olacaq, amma harda ağırlaşıb, harda yüngülləşəcəyini biz bilmirik”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"