On gün əvvəl kanalda batan şəxsin meyiti tapıldı

On gün əvvəl kanalda batan şəxsin meyiti tapıldı
SOSİAL
18:02 17.01.2022
274
On gün əvvəl yol qəzası nəticəsində Xızıda kanalda batan şəxsin meyiti tapılıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR