On ildən sonra Azərbaycanda oğlanlar üçün evlənmək çətinləşəcək - RƏSMİ

On ildən sonra Azərbaycanda oğlanlar üçün evlənmək çətinləşəcək - RƏSMİ
Bütün Xəbərlər
02:48 28.05.2015
6106

İndiyə qədər hər zaman Azərbaycanda sayca qadınların kişilərdən çox olduğu bilridilirdi.

Çox zaman ailə qura bilməyən qadınların taleyi məhz bu məsələyə bağlanırdı.

Ancaq son 20 ilin göstəriciləri nəticəni tam əksinə dəyişib.

Düzdür, bunun fəsadları indi o qədər də hiss olunmur. Ancaq yaxın 5-10 il ərzində ciddi problemlərin ortaya çıxacağı şəksizdir.

Statistik rəqəmlər göstərir ki, cəmi bir neçə ildən sonra evlənmək üçün qız axtaran cavanlara heç anaları da kömək ola bilməyəcək.

Ötən əsrin 80-ci illərində eyni hal Orta Asiyada, xüsusilə də Türkmənistanda yaşanmışdı. Hətta o dövrdə türkmənistanlı oğlanlar evlənmək üçün keçmiş SSR-yə üzv respublikaları dolaşmalı olur, bunun üçün kifayət qədər pul xərcələyirdilər.

Ərəb ölkələrində də eyni problemlər yaşanıb.

Bəs, bu tendensiyanın ciddi fəsadlarını görə-görə nədən Azərbaycanda yeni doğulan körpələrin az qala 70 faizinin oğlan olmasına zəmin yaradılır.

Düzdür, burada iddia edilə bilər ki, bütün ailələr bu seçimdə azaddırlar.

Biz məsələnin bu tərəfi ilə razıyıq. Mütəxəsisslər yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələrin daha çox təsir göstərdiyi qənaətindədirlər.

Hamıya məlumdur ki, körpənin cinsiyyəti hamiləliyin 12-ci həftəsindən sonra USM müayinəsinin nəticəsində bilinir.

Halbuki bu, dünyanın əksər ölkəsində qadağan edilib. Buna niyə diqqət etmirik?

“Əhalinin Sağlamlığının Qorunması Haqqında” Qanununa görə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Yəni 12-ci həftədən sonra edilən abortlar qanunsuz sayılır.

Ən maraqlı məqamlardan biri də odur ki, indi ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Bununla bağlı cəmiyyətdə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var.

Hətta mütəxəssislər hesab edirlər ki, ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər.

İndi isə sizə məsələ ilə bağlı son 10 ilin statistik göstəricilərini təqdim edirik.

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, son 10 ilin göstəricisi aşağıdakı kimidir.

İl Cəmi Qızlar Oğlanlar

2005-ci il 141901 65721 76180

2006-cı il 148946 68709 80237

2007-ci il 151963 69958 82005

2008-ci il 152086 7027881808

2009-cı il 152139 69923 82216

2010-cu il16564376509 89134

2011-ci il 17607281376 94696

2012-cı il 174469 80882 93587

2013-cü il 172671 80097 92574

2014-cü il 17050379093 91410

Bu gerçəklik onu göstərir ki, çox yaxın gələcəkdə Azərbaycanlı gənclər evlənmək üçün başqa ölkələrə baş vurmalı olacaqlar.

Gülşən RAUFQIZI

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi