"İndiyə kimi 10000-dən artıq dərman vasitəsinin qiyməti dövləti tərəfindən tənzimlənib”.
AZXEBER.COM-un xəbərinə görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında çıxışı amanı deyib. O bildirib ki, digər məhsullardan fərqli olaraq, vətəndaşlar dərman vasitələri haqqında geniş məlumata malik deyillər: "Dərman vasitələrinin qiymətləri sərbəst buraxılarkən bundan sui-istifadə hallarına yol verilir. Avropa ölkələrində də dərman vasitələrinin qiyməti tənzimlənir”.