On yaşlı uşaq Kürdə boğuldu

On yaşlı uşaq Kürdə boğuldu
Bütün Xəbərlər
15:00 14.08.2013
1028
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarət olunmayan ərazidə) düşüb. 
Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, çaya düşən 2002-ci il təvəllüdlü Şahin Ceyhun oğlu Şahquliyevdir. Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində Ş. Şahquliyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:02-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR