Müğənni Xatun həmkarı Günay İbrahimli ilə münasibətlərindən danışıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi "Afaqla onlar" verilişində Günay İbrahimli ilə aralarında yaranan küsülülüyün hələ də davam etdiyini bildirib.
Xatun qeyd edib ki, heç kimə qarşı kin saxlamır və yaşananları böyütmək niyyətində deyil.
"Əslində küsülülüyümüz boş bir şeyin üstündə olmuşdu. Mən kinli insan deyiləm, kini ürəyimdə daşımıram. Günaya uğurlar arzu edirəm. Məclislərdə bir yerə düşürük, amma üz-üzə gəlməyimiz olmayıb. İki küsülü insanı barışdırmaq üçün vasitəçi olmaq lazımıdr. İnşallah bunu etmək olar".
Xatırladaq ki, ikili arasında qalmaqala səbəb Günayın plastik əməliyyatla bağlı açıqlaması olmuşdu. Günay bədənşəkilləndirmə etdirən müğənnilərin bir-birinə bənzədiyini demişdi. Xatun Günayın bu açıqlamasından sonra onu qara siyahıya salmışdı.
Aysel











































