Onlar #IceBucketChallenge qoşuldu- VİDEO

Onlar #IceBucketChallenge qoşuldu- VİDEO
Bütün Xəbərlər
15:25 20.08.2014
1267
Mark Zukerberqin başından buz kimi bir vedre su tökmə sosial məsuliyyət kampaniyası sosial şəbəkələrdə çox böyük marağa səbəb oldu.#IceBucketChallenge həştəqi ilə edilən paylaşımlar təkcə Twitter-də 128 minə çataraq 1 milliyon dollar məbləğində vəsait toplayıb.
Markdan sonra Apple, Microsoft və digər şirkətlərin rəhbərlərinin qoşulduğu aksiyaya Azərbaycandan ilk olaraq KSM Azərbaycan və Shopera.az şirkətlərinin rəhbəri Rəşad Camal qoşuldu.
Özündən sonra 5 adamın adını çəkən Rəşad bu siyahıda Murad Dadaşovun və Orxan Aslanovun da adını çəkib. Xatırladaq ki, əgər adı çəkilən Lala Zeynalova, Ali Rəsulzadə, Elşad Yusifli, Murad Dadaşov və Orxan Aslanov aksiyada iştirak etməsələr 100 AZN məbləgində iane etməli olacaqlar. Nəzərinizə çatdıraq ki, Sosial Məsuliyyət layihəsi olan onlayn aksiya sinir xəstəliyi olan ALS-ə diqqət çəkmək məqsədi ilə keçirilir. Xeyriyyə aksiysında iştirak edən hər kəs özündən sonrakı insanların adını çəkməlidir. 24 saat ərzində bu aksiyaya qoşulmasalar xeyriyyə üçün 100 dollarlıq iənə etməli olacaqlar.
OXŞAR XƏBƏRLƏR