Onlara xəbərdarlıq edildi — 2500 manatadək...

Onlara xəbərdarlıq edildi — 2500 manatadək...
SOSİAL
21:44 03.05.2026
1214
Şəhərin mərkəzi, insanların çoxluq təşkil etdiyi küçələrdə demək olar ki, hər gün yüksək səslə avtomobil idarə edən şəxslərə şahidlik edirik. Xüsusilə, pik saatlarda bu hala daha çox rast gəlinir. Bu da ətrafdakı insanların narazılığına səbəb olur, rahatlığını pozur.

İnzibati Xətalar Məcəlləsinin 521 - "Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsində mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Bəs, günün digər saatlarında da eyni görüntünü yaradan şəxslər üçün cərimə tətbiq oluna bilər?

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ictimai asayişin pozulması kimi qiymətləndirilir:
 
"Əlbəttə, bu cür musiqilərin yüksək səslə verilməsi səs terroru kimi bir şeydir. Belə məsələlələrdə vətəndaşların daha çox ictimai asayişini yaxud asudə vaxtını xoş olmayan bir şəkildə təsir edən fəaliyyət kimi qiymətləndirilib addımlar atıla bilər. Burada ictimai asayişin pozulmasından söhbət gedir.
Bir də görürsən ki, insanların kütləvi yığışdığı yerdə maşında böyük səslə meyxana, yaxud rok musiqisi səsləndirirək onların rahatlığını pozurlar. Onda bu cərimələrdən söhbət gedə bilir. Amma normalda kimsə ucadan normal mahnı dinləyirsə, bunun cəriməsi nəzərdə tutula bilməz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
12:12 02.11.2026
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
11:56 02.11.2026
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
11:45 02.11.2026
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
11:39 02.11.2026
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!