"Onları metroda görsəm, ana-bacılarının paltarını soyunduracam"

"Onları metroda görsəm, ana-bacılarının paltarını soyunduracam"
Bütün Xəbərlər
16:55 28.02.2014
4484
Xəbər verdiyimiz kimi, Martın 1-də Bakının mərkəzi metro stansiyalarından biri olan “28 May” stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır. Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır. Həmin gün Bakıda gənclər “Metroda şalvarsız bir gün” aksiyasını keçirəcək.
AZXEBER.COM-un məlumatına görə, “Metroda şalvarsız bir gün” aksiyasını keçirilməsi xəbəri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu xəbəri görən şəxslər aksiya təşkilatçılarını tənqid, hətta təhqir etməkdən belə çəkinməyiblər.
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq bəzi şərhləri təqdim edirik:
Nərmin Əliyeva: Bu aksiya Bakıda ola bilməz. Əgər onları görsəm, "sumka"mı başlarına vuracam.Fərid Xıdırlı: Əgər döyülmək istəyirlərsə, buyurub soyunsunlar.Aytən Quliyeva: Bu aksiyanın təşkilatçısı yəqin ki, Bakıda olmayıb.
Məmməd Quliyev: Bu aksiya yaxşı oldu, daha xaricdən yox, öz metromuzdan izləyərik lüt qızları.
Nəvai Qasımov:  Bu biabırçılıqdi....Bir bu çatmırdı....Elə bil xeyirli bir hadisə olacaq....Bu ən azından xalqa qarşı hörmətsizlikdir.......İndiki gənclərin əksəriyyəti belə düşüncədə olsa onda vay bu millətin halına....
Qurban Məmmədov: "Onları tutsam ana-bacılarının paltarını soyunduracam"

OXŞAR XƏBƏRLƏR