"Efirdən vulqar ifadələr səsləndirən aparıcılar, tez-tez küçə danışıqlarına yer verən verilişlər izlənilir. Həmin aparıcılar və verilişlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi diqqət mərkəzindədir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri movqe.az-a açıqlamasında MTRŞ-nın Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov söyləyib.
T.Dadaşov bildirib ki, efirdə nalayiq ifadələrin, jarqon danışıqların monitorinqi davamlı olaraq aparılır:
"Belə verilişlər, aparıcılar xüsusi diqqətimizdədir. Çünki MTRŞ tərəfindən bu cür neqativ məqamların hər biri monitorinq zamanı qeydə alınır".