Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri

Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
SOSİAL
15:37 06.08.2025
669
Daxili İşlər Nazirliyi tərəfindən aparılan profilaktik tədbirlərə baxmayaraq sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının təşkil edilməsi hallarına rast gəlinməkdədir.

Qeyd edilən qanunsuz hərəkətlərə qarşı mübarizə istiqamətində Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir-neçə əməliyyat-texniki tədbir hazirlanaraq həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda "Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb. 

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib. 

Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
09:11 29.10.2026
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
09:06 29.10.2026
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
08:58 29.10.2026
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
Bu ərazilərdə qaz olmayacaq
08:53 29.10.2026
Bu ərazilərdə qaz olmayacaq
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
08:46 29.10.2026
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:39 29.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
08:30 29.10.2026
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
08:23 29.10.2026
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb