"Onu geri qaytarmaq Qurban Qurbanovun işidir" - Tahir Gözəl

"Onu geri qaytarmaq Qurban Qurbanovun işidir" - Tahir Gözəl
İDMAN
12:44 26.10.2018
5251
Qarşıdakı oyunlarda daha yaxşı oynayıb nəticə əldə etməyə çalışacağıq. Meydanda daha yaxşı oynayan bir komanda gözləyirdim.

AZXEBER.COM xəbər verir ki, bu sözləri report.az-a açıqlamasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin III turunda "Vorskla"ya 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

O, qarşılaşmaya az azarkeşin gəlməsinə də toxunub: "Stadionda 12 minə yaxın azarkeş var idi. Bu görüşlər bizim üçün çox önəmlidir. Oyunda azarkeş sayı çox az oldu. Fanat çox olanda futbolçular da daha yaxşı oyun sərgiləyirlər. Amma bəhanə axtarmamalıyıq. Günahı özümüzdə tapmalıyıq".

Tahir Gözəl "Qarabağ" üçün hər bir şəraitin yaradıldığını da bildirib: "Oyunçular stadionların ən yaxşısında oynayırlar. Bütün imkanlar var. Düşünürəm ki, Qurban Qurbanov və kollektiv bu oyundan dərs çıxardı. Bizim başqa yolumuz yoxdur, sona qədər döyüşməliyik. Lazım olan oyunu göstərməliyik. Hədəfimiz "Qarabağ"ın adını bütün dünyaya çatdırmaqdır. Hesab edirəm ki, bu hamımızın məqsədi olmalıdır".

Vitse-prezident Riçard Almeydanın komandadan ayrılmasının Ağdam təmsilçisinin çıxışına təsir etdiyini söyləyib: "Almeyda və digər yaxşı oyunçularımız komandadan ayrıldı. Onu geri qaytarmaq Qurban Qurbanovun işidir. Amma düşünürəm ki, komandalar bir oyunçudan aslı olmamalıdır. Gələcəkdə hər şeyin yaxşı olacağına ümid edirik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək