AZXEBER.COM həmin açıqlaamnı təqdim edir:
“Mən Vaqif Mustafayevi 1994-cü ildən tanıyıram.Meyxananı filmdə canlandıran və mədəniyyətimizə dəyər verən görkəmli bir insandır.Mənin ustadım Ağasəlim Çıldaq da Vaqif müəllimi mərd insan kimi tanıyırdı.Son vaxtlar internet saytlarında bu cür görkəmli şəxsiyyətə qarşı aparılan qara piar məni də narahat edir.Vaqif Mustafayev özünü cəmiyyətdə təsdiq etmiş şəxsiyyətdir.O xalqımız üçün mədəniyyətimiz üçün böyük işlər görüb.Azərbaycanı bütün dünyada tanıdan görkəmli kinorejissordu.Onun filmlərinin sorağını dünyanın müxtəlif ölkələrindən eşidirik.Mən yüzlərlə insan tanıyıram ki, Vaqif Mustafayev onlara dəstək olub, insanlıq nümünəsi göstərib.İnternetdə bu qara-piarı yayan adamlar yaxşı olardı ki, faydalı bir işlə məşğul olsunlar.Əgər əllərindən “belə bir iş” gəlirsə, əgər belə bacarıqları varsa.Mənə elə gəlir ki, bu insanlar əbəs yerə özlərini yorurlar.Çünki Vaqif Mustafayev xalqın gözündə görkəmli ziyalı kimi, böyük bir şəxsiyyət kimi öz hörmətini çoxdan qazanıb.Onun adına heç zaman ləkə yapışmaz.Biz hamımız çalışmalıyıq ki, belə ziyalılarımızı və belə şəxsiyyətlərimizi qoruyaq”.