"Onun yalanları 8 ildi davam edir”

"Onun yalanları 8 ildi davam edir”
İDMAN
17:47 09.12.2016
1705
"Xaqani Məmmədovun yalan danışması birinci dəfə deyil ki. Onun yalanları 8 ildi davam edir”.
 
Bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi Anar Salmanov deyib. AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun FİFA referisi Əliyar Ağayevin I kateqoriyaya keçdiyi barədə yaydığı xəbər təsdiqini tapmayıb. Belə ki, bu gün açıqlanan 2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları siyahısında Əliyar Ağayevin II kateqoriyada qaldığı göstərilib. Bu isə Xaqani Məmmədovu yenidən əsas tənqid hədəfinə çevirib. Məsələ ilə bağlı danışan Anar Salmanov da sabiq sədrini tənqid edib: "Artıq hamıya məlum olub ki, bu insanda düzgünlük deyilən şey yoxdu. Xaqaninin işi odu ki, ancaq yalan danışsın, kiminsə qabağa getməsindən süni istifadə edib hörmət qazansın və vəzifədə otursun. Fikirləşmir ki, bu gün vəzifədə otursa da, sabah orda olmayacaq. Vəzifə sahibi olanda hörmət qazanmalı, nüfuzunu boş yerə xərcləməməlisən. Hakimlər Komitəsinin sədri kimi gördüyü işlərin nəticəsini göstərmək istəyirdi, buna görə dedi ki, Əliyar Ağayev I kateqoriyaya keçib. Əliyar hakimlikdə öz hörmətini qazanıb. Beynəlxalq arenalarda o səviyyədə çıxış etməsi göstərir ki, Əliyar I kateqoriyaya və ondan da artığına layiqdi. Amma belə məsələlərə qeyri-ciddi yanaşmaq olmaz. Xaqani öz işinə qeyri-ciddi yanaşır. Əgər UEFA tərəfindən bu, rəsmi olaraq təsdiqlənməyibsə, sən kimsən ki, çıxıb 9 milyon əhaliyə yalan danışırsan? UEFA-nın da qulağı var, eşidir. Bu, ciddi məsələdi. Durub ictimaiyyətə yayır ki, belədi, bu gün də yalan dediyi üzə çıxır. Olmazdı ki, təsdiqlənməyini gözləyərdi, sonra açıqlayardı? Bu, biabırçılıqdı”.
 
Salmanov HK sədrinin ölkə çempionatının XIII turunun "Qarabağ” – "Qəbələ” matçındakı qalmaqalı unutdurmaq üçün yalan danışdığını istisna etməyib: "Ola bilər ki, məqsədi bu olub. Çıxıb camaata nağıl danışır. Deyir ki, komandalar maariflənməlidi. Nə ilə maariflənməlidilər, Oyun Qaydaları ilə? Maariflənmək yaxşı şeydi. Amma qaydalardan heç özünün xəbəri yoxdu. Xaqani elə deməklə həm "Qarabağ” – "Qəbələ” matçındakı qalmaqalı unutdurmaq, həm də öz yerini möhkəmləndirmək istəyirdi. Belə etməklə Əliyar Ağayevi həvəsdən salır, onun psixologiyasına təsir edir. UEFA təsdiq etməyibsə, camaata nağıl danışmaq lazım deyil. UEFA-da balaca şəxslər oturmayıb. Onların səviyyəsi də, biliyi də Xaqani Məmmədovun səviyyə və biliyindən artıqdı. Onlar istəyirlər ki, perspektivli hakimi pillə-pillə qaldırsınlar. Əliyarın indi də şansı var idi, amma UEFA məsləhət gördü ki, I kateqoriyaya keçməsini 6 ay sonraya, yəni yaya saxlasın. Əliyar qabağa getməlidi. Bizə imkan vermədilər, heç olmasa bu uşağa imkan verilməlidi. Hansı ölkədə Hakimlər Komitəsi qabaqcadan belə məsələni açıqlayır?”. Sabiq FİFA referisi qeyd edib ki, Xaqani Məmmədov istefa verməlidi: "Valentin İvanov kimi özünə hörmət edən şəxs "Spartak” – "Zenit” oyunundan sonra gördü ki, hakimlərə verdiyi dərslər, təlimatlar yerinə yetirilməyib, ərizəsini yazıb getdi. Yəni özünə hörmət edən şəxs çoxdan getməlidi. İnsanda bir sifət olar. Gərək öz nüfuzunu qoruyasan. Xaqani öz xoşu ilə getmirsə, bizə qalır təkcə gözləmək. Bu gün rəhbərlik hakimlərin inkişafı üçün hər cür şərait yaradıb. Faktiki olaraq, rəhbərlik də görür ki, bu qədər qayğının qarşılığında heç nə yoxdu. Xaqani Məmmədovun yalanları ictimaiyyətin gözündən qaça bilməz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19:20 19.07.2025
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
19:18 19.07.2025
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
19:12 19.07.2025
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19:08 19.07.2025
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
19:04 19.07.2025
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
19:01 19.07.2025
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm
18:52 19.07.2025
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm
Prezident: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir
18:46 19.07.2025
Prezident: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir
Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir
18:32 19.07.2025
Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir
İlham Əliyev: ABŞ-la yenidən dost münasibətlərinə ümid edirik
18:28 19.07.2025
İlham Əliyev: ABŞ-la yenidən dost münasibətlərinə ümid edirik
Prezident: Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var
18:23 19.07.2025
Prezident: Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var
İlham Əliyev ukraynalılara məsləhət verdi: Heç vaxt işğalla barışmayın
18:22 19.07.2025
İlham Əliyev ukraynalılara məsləhət verdi: Heç vaxt işğalla barışmayın
Dövlət başçısı: Azərbaycanın etibarlı tərəfdaş imici var
18:12 19.07.2025
Dövlət başçısı: Azərbaycanın etibarlı tərəfdaş imici var