"Onun Yarısı"nda qalmaqal! Elmir Əkbər verilişdən getdi! (EKSKLÜZİV)

"Onun Yarısı"nda qalmaqal! Elmir Əkbər verilişdən getdi! (EKSKLÜZİV)
MEDİA
23:47 08.09.2011
16192
Dünən ATV-də yayımlanan “Onun Yarısı” verilişində maraqlı hadisə baş verib.AZXEBER.COM-un məlumatına görə, verilişə qonaq qismində qatılan ekstrasens Zirəddin Rzayev ilə psixoloq Elmir Əkbər arasında insident yaşanıb. Belə ki, verilişin aparıcısı Zaur Baxşəliyev Zirəddindən iştirakçılar haqda fikir söyləməyi xahiş edib. Zirəddinin verdiyi proqnozlar isə düz çıxmayıb. Buna görən psixoloq Elmir Əkbər Zirəddini yalançılıqda suçlayıb və ona deyib ki, “sən bunları iştirakçılardan soruşmalı deyildin, əgər uzaqgörən idinsə baxan kimi deməliydin”. 

Qalmaqalın böyüdüyünü görən Zaur Baxşəliyev Elmir Əkbəri kəskin tənqid etməyə başlayıb. O deyib ki, “Zirəddin mənim qonağımdır və hər kəs qonağıma hörmət etməlidir”. Zirəddin studiyanı tərk edəndən sonra vəziyyət nisbətən sakitləşib. 

Bu gün isə verilişdə dəyişiklik olub. Tamaşaçılar verilişdə psixoloq kimi Elmir Əkbəri yox, Murad İsayevi görüblər. AZXEBER.COM məsələylə bağlı maraqlı məlumat əldə edib. Adının açıqlanmasını istəməyən ATV əməkdaşının portalımıza verdiyi məlumata görə, Elmir Əkbər bir daha “Onun Yarısı” verilişinə qatılmayacaq. Onun kanaldan qovulduğu və ya öz istəyi ilə getməsi haqda isə məlumat verilmir. Məsələyə yenidən qayıdacağıq.  
OXŞAR XƏBƏRLƏR