Payıza - yeni mövsümə hazırlaşan «Azad Azərbaycan» Teleradio yayım Şirkətində yeni layihələr başlayacaq.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, olan “Onun yarısı” telelayihəsinin bağlanması ötən ay telekanalın canlı efiri vasitəsilə elan edilsə də, tamaşaçıları maraqlandıran suallardan biri də bu verilişin aparıcılarının aqibətidir.
AZXEBER.COM portalı olaraq populyar televiziya aparıcıları Zaur Baxşəliyev və Günay Qələndərli aparıcılıq fəaliyyətlərini davam etdirib-etdirməyəcəkləri ilə bağlı yeni məlumatlar əldə etdik.
Məlumata görə, adı çəkilən aparıcılar yeni mövsümdə «Ümid var» adlı layihə ilə tamaşaçıların qarşısına çıxacaqlar.
Layihədə araşdırma xarakterli sujetlərə yer veriləcək və daha sonra bu kadrlar qonaqlarla müzakirə olunacaq.