Onurğasında 'yırtıq' diaqnozu qoyulan qadın hamilə çıxdı
Bütün Xəbərlər
15:35 15.02.2013
1878
Həkimlərin onurğasında yırtıq diaqnozu qoyduğu qadın hamilə çıxdı.AZXEBER.COM-un Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu yırtıq 40 həftəlik uşaq olub. Belə ki, 44 yaşlı amerikalı qadın qarnında qəribə hisslər hiss edəndən sonra həkimə müraciət edib. Həkimlər ona onurğa yırtığı diaqnozu qoyublar.Sən demə Linda adlı qadın əri maykla 20 il ərzində uşaq sahibi olmağa çalışsalarda buna nail ola bilməyiblər. Ötən il özünü piss hiss edən qadın bir həftə reanimasiyada qalıb. Bundan sonra həkimlər ona uşağının ola bilməyəcəyini qəti şəkildə deyiblər. Hər şeydən ümidini üzən qadın isə bu 9 ay ərzində menstrual siklin pozulmasına belə ciddi fikir verməyib, hamiləlikdən heç şübhələnməyib belə. Lakin qarnının böyüdüyünü görən qadın həkimə müraciət edib. Həkimlər isə ilkin müayinədən sonra yırtıq diaqnozu qoyaraq, USM göndərib.