“Bu, bir daha göstərir ki, xalq öz liderinə səs verib” - Ramiz Alıyev

SİYASƏT
13:05 10.04.2019
4553
Fransanın "Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın Prezident İlham Əliyevə inamının və etimadının bariz göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

R.Alıyev deyib ki, "Opinion Way” şirkətinin Azərbaycanın demək olar ki, bütün bölgələrində apardığı rəy sorğusunda iştirak edən respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini qəti şəkildə bəyan ediblər. Bu, xalqımızın dövlətimizin başçısına sevgisinin, onun yürütdüyü siyasətə dəstəyinin ifadəsidir. Əlbəttə, bu sevgi və inam asan əldə olunmayıb. Çünki ölkə əhalisinin dəstəyini qazanmaq üçün xalqa sədaqətlə xidmət etmək, əhalinin rifahını yaxşılaşdırmaq, daim islahatlar aparmaq, ölkəni dünyada baş verən siyasi və iqtisadi böhranlardan qoruya bilmək, vətəndaşların təhlükəsiz yaşayışını təmin etmək lazımdır. Dünya ölkələrinə baxsaq, çox az dövlət başçısının bu çətin vəzifələrin öhdəsindən gəldiyini görə bilərik. Bu gün Azərbaycanın dinamik inkişafı və əldə etdiyi uğurlar, ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşması və digər amillər göstərir ki, Prezident İlham Əliyev yürütdüyü müdrik və qətiyyətli siyasətlə xalqımızın inamını, dəstəyini və sevgisini qazanıb.

"Bu gün ölkəmizdə hökm sürən möhkəm ictimai-siyasi sabitlik, ictimai asayişin yüksək səviyyədə qorunması həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz yaşayışını təmin edib. Ölkəmizdə bütün sahələrdə həyata keçirilən dərin islahatlar, aztəminatlı əhalinin, o cümlədən şəhidlərimizin və Milli qəhrəmanlarımızın ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğı, pensiyaların, təqaüdlərin, müavinətlərin artırılması xalqımızın bütün təbəqələrinin yaşayışında hiss olunur. Bu, Azərbaycan vətəndaşlarının dövlətimizin başçısına inam, etimad və dəstəyini artırır. Bu, bir daha göstərir ki, xalq öz liderinə səs verib və onun yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyir. "Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri də məhz xalqın bu inam və dəstəyini bir daha bütün dünyaya nümayiş etdirir”, - deyə politoloq bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:13 25.05.2020

5 iyun saat 23:26-da bu hadisə baş verəcək

15:08 25.05.2020

Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür

14:48 25.05.2020

İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

14:43 25.05.2020

Aybəniz İsmayılova: “Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz”

14:22 25.05.2020

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

13:58 25.05.2020

Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı

13:43 25.05.2020

Sabah Azərbaycanda hərarət 31 dərəcəyə yüksələcək

13:34 25.05.2020

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

12:57 25.05.2020

Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

12:44 25.05.2020

Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı

12:28 25.05.2020

Ermənistanda bir gündə COVID-19-a 452 nəfər yoluxub, 6 nəfər ölüb

12:26 25.05.2020

Dövlət vətəndaş həmrəyliyinə töhfə: kölgədən işiğa doğru

12:14 25.05.2020

Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib - FOTO

11:54 25.05.2020

Əbülfəs Qarayevdən sonra səlahiyyət kimdədir? - Nazirlik açıqlama yaydı

11:33 25.05.2020

Azərbaycanda 19 yaşlı oğlan özünü asdı

11:28 25.05.2020

Abşeronda kişini öz iti dişlədi - 53 yaşında quduzluqdan öldü