Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ

Oqtay Əsədovdan deputatlara -  XƏBƏRDARLIQ
Bütün Xəbərlər
12:14 04.03.2014
1543
Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb.
APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edib.
Spiker deyib ki, son vaxtlar Milli Məclisin iclası polemikaların meydanına çevrilib: “Buna son qoyun və qaydalara əməl edin. Bura mübahisə, intriqa və polemika meydanı deyil”.
Daha sonra cari məsələlərə yer verilib.
İclasın gündəliyinə 4 məsələ, o cümlədən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatının dinlənilməsi daxildir.
OXŞAR XƏBƏRLƏR