Oqtay Şirəliyev həkimləri işdən çıxarmağa başladı

Oqtay Şirəliyev həkimləri işdən çıxarmağa başladı
Bütün Xəbərlər
14:48 25.08.2011
1421

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin (BBŞİ) rəis müavini Rauf Nağıyev deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilən dəyişikliyin icrası üçün artıq səhiyyə müəssisələrinin baş həkimlərinə tapşırıqlar verilib. "Bundan sonra bu proses daimi aparılacaq. İşçilərin 65 yaşı tamam olduqca onlar işdən azad ediləcəklər. Bununla bağlı baş həkimlər mütəmadi olaraq, bizə hesabat verəcəklər",- Nağıyev deyib. İdarə rəsmisi bu prosesin səhiyyə müəssisələrində kadrların cavanlaşdırılmasına xidmət edəcəyini də bildirib. Nağıyev əlavə edib ki, kollektivdə yaşlı insanlar işlədiyi üçün gənclər özlərinə iş tapa bilmirdilər. Amma artıq yaşlı işçilər işdən çıxdıqdan sonra vakant yerlər yaranacaq. Həmin yerlərə də gənc kadrlar işə götürüləcək. Gənclərin işə götürülməsi üçün ayrıca müsabiqənin keçirilməsi nəzərdə tutulmur. Vakant yerlər yarandıqca baş həkimlər mətbu orqanlarda elan verəcəklər. Bundan sonra isə namizədlərin sənədləri səhiyyə müəssisələri tərəfindən qəbul olunacaq və seçim nəticəsində onlar arasından ən bacarıqlıları işə qəbul ediləcəklər. Nağıyev deyib ki, əmək fəaliyyətini davam etdirə bilən 65 yaşdan yuxarı işçilər xüsusi meyarlarla müəyyənləşdirilirlər. Belə işçilərin işdə saxlanılması hüququ baş həkimlərə həvalə edilib. BBŞİ-nin tabeliyində 156 müəssisə fəaliyyət göstərir. Əmək Məcəlləsinə edilən yeni dəyişikliyə görə, dövlət müəssisələrində çalışmaq üçün son yaş həddi 65-dir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib