‘Ordu xalqdan, xalq da ordudan ibarətdir’ - Komitə sədri

‘Ordu xalqdan, xalq da ordudan ibarətdir’ -  Komitə sədri
Siyasət
15:55 27.03.2014
1191

“Sovet dövrününü bir çox mənfiliklərinə baxmayaraq, ümumtəhsil məktəblərində hər gün vətənpərvərlik mövzusunda təbliğat işi aparılırdı. Təəssüf ki, indi bu istiqamətdə marifləndirmə işləri aparılmır”. AZXEBER.COM xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Laçın rayon icra hakimiyyətinin təşəbbüsü ilə hərbi ixtisaslara yiyələnmək arzusunda olan rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə keçirilən görüşdə çıxış edən Ə. Həsənov işğal altında olan rayonların orta ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi ixtisaslara yiyələnmək istəməməsinə görə təəssüfünü ifadə edib: “Ötən dərs ilində işğal altında olan 10 rayondan orta məktəb buraxılışında cəmi 30 uşaq hərbi liseyə və hərbi akademiyaya qəbul olub. Vətən hamımızındır. Ona görə də, hər bir azərbaycanlıda vətənpərvərlik hissi yüksək olmalıdır. Torpaqları işğaldan azad etmək üçün güclü ordumuz var. Yeni müdafiə nazirimiz də ordumuzun güclənməsi üçün çalışır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, ordu xalqdan, xalq da ordudan ibarətdir. Ordumuzda cəmi 422 nəfər işğal olunmuş ərazilərin sakinlərindən ibarət zabit orduda xidmət edir”.

Ə. Həsənov əsgərə qarşı münasibətin dəyişməsindən də danışıb: “Əvvəllər hər kəs əsgərə hörmətlə yanaşırdı. İndi isə əsgərə xalqın münasibəti tamam dəyişib. Yolda əsgər saatlarla dayanır, ancaq heç kim ona fikir vermir. Bu nə deməkdir? Budurmu azərbaycanlının orduya olan münasibəti? Belə münasibətlə qarşılaşan ordu nə edə bilər? Bu cür orduya kim getmək istəyər? Bu gün hər kəs biznesmen olmaq niyyətindədir. Ancaq hər kəs biznesmen ola bilməz. Ona görə də hər kəs öz qabiliyyətinə uyğun sənətə yiyələnməlidir. Biz bu məsələni belə qoymayacağıq. Ona görə də bu məsələni böyüdəcək və həllinə çalışacağıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbaxça" 24,8 milyon avroluq ödənişi əldən verdi
15:50 28.08.2025
"Fənərbaxça" 24,8 milyon avroluq ödənişi əldən verdi
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!