‘Orduda nizam-intizama nəzarət gücləndirilməlidir’

‘Orduda nizam-intizama nəzarət gücləndirilməlidir’
Bütün Xəbərlər
18:32 11.01.2013
1616

Azərbaycan Ordusunda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir.

Bunu Trend-ə Daşkəsəndə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclis sədrinin I müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.  "Hər bir əsgərin faciəli şəkildə ölümü bizim üçün böyük itkidir", - deyən Ziyafət Əsgərov ölmüş əsgər Ceyhun Qubadova Allahdan rəhmət diləyərək ailəsinə başsağlığı verib. Əsgərov bildirib ki, hazırda bununla əlaqədar cinayət işi açılıb və istintaq davam edir. "Kimin təqsirli olub-olmamasını da istintaq araşdıracaq. Hazırda bu məsələ parlamentin də ciddi nəzarətindədir. Əvvəlcədən nəsə demək istintaqa təsir kimi qiymətləndirilə bilər. Ona görə də mən hesab edirəm ki, istintaq obyektiv aparılacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələ ilə bağlı istintaq xüsusi nəzarətə götürülüb və obyektiv araşdırılaraq bu barədə ictimaiyyətə məlumat veriləcək", - I vitse-spiker qeyd edib. Silahlı Qüvvələrdə şəxsi heyət arasında baş verən cinayət hallarının qarşısını almaq məqsədilə qanunvericilikdə cəzaların sərtləşdirilməsinin gözlənilmədiyini deyən I vitse-spiker hesab edir ki, belə halların gələcəkdə təkrar olunmaması üçün ümumiyyətlə əsgərlərin hərbi xidmətkeçmə məsələsinə nəzarət gücləndirilməlidir. "Belə məsələlərə görə Cinayət Məcəlləsində kifayət qədər cəza nəzərdə tutulub. Mən güman etmirəm ki, bununla bağlı konkret Cinayət Məcəlləsində və hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin. Amma orduda nizam-intizam məsələlərinə nəzarət gücləndirilməlidir. İstər əsgərlər arasında olan, istərsə də əsgərlərlə zabitlər arasında olan münasibətlərlə bağlı nəzarət daha da gücləndirilməlidir", - Əsgərov bildirib.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya Ukraynada strateji məğlub olub"
16:31 30.06.2025
"Rusiya Ukraynada strateji məğlub olub"
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
16:29 30.06.2025
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA