Ordumuz 20 yaşlı əsgərini itirdi

Ordumuz 20 yaşlı əsgərini itirdi
Bütün Xəbərlər
21:44 30.07.2012
1554
Hərbçimiz silahla ehtiyatsız davranma səbəbindən güllə yarası alıbAzərbaycan Ordusunda ölüm hadisəsi baş verib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak olub. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, O. Abbasov Gədəbəy rayonundan hərbi xidmətə çağırılıb.
//APA
OXŞAR XƏBƏRLƏR