Ordumuz Füzuli və Ağdam rayonları istiqamətində irəliləyib? - RƏSMİ AÇIQLAMA

Ordumuz Füzuli və Ağdam rayonları istiqamətində irəliləyib? - RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
15:56 05.08.2014
11541
AZXEBER.COM xəbər verir ki, "Yeni Müsavat" ölkə gündəminə səs salan bir xəbər paylaşaraq, Silahlı Qüvvələrimizin bir sıra mövqelər üzrə irəlilədiyini bildirib.
Qəzetin qaynaqlarından biri Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq, belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi...”
Milli.Az-ın əməkdaşı məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirildi ki, əgər belə bir şey olsa, bu, rəsmi olaraq Müdafiə Nazirliyinin saytında yerləşdiriləcək. Vətəndaşlar ancaq rəsmi məlumatı gözləsinlər.
OXŞAR XƏBƏRLƏR