Müdafiə Nazirliyi məlumat yaydı.
Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Quliyev Rahib Nəriman oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.