Kəskin istilərlə bağlı orduda da xüsusi rejim tətbiq olunur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istilərlə bağlı əsgərlər kazarma şəraitində saxlanılır. Onların günvurmadan qorunması üçün əlavə tədbirlər görülür. Sinoptiklər isə kəskin istilərin davamlı olmayacağını deyirlər.Qeyd edək ki, bu gün ərzində dəniz suyunun temperaturunun da kəskin artacağı, Türkan, Hövsan, Şıx çimərliklərində, hətta 28-29 dərəcə olacağı gözlənilir./anspress/