Ordumuzun əsgəri özünü öldürüb

Ordumuzun əsgəri özünü öldürüb
Bütün Xəbərlər
18:15 08.09.2011
1515

Azərbaycan Ordusunun əsgəri intihar edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Bəxtiyar Etibar oğlu İbrahimov xidməti silahı ilə atəş açaraq özünü öldürüb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Şəki Rayon Hərbi Komissarlığından APA-nın yerli bürosuna faktı təsdiqləyiblər. Bildirilib ki, əsgərin meyiti bu gün rayona gətirilərək ailəsinə təhvil veriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.

OXŞAR XƏBƏRLƏR