Ordumuzun əsgəri özünü sinəsindən vurdu

Ordumuzun əsgəri özünü sinəsindən vurdu
Bütün Xəbərlər
11:29 22.05.2014
1132
Haqverdiyev şəhər xəstəxanasına yerləşdirilib.
Bu gün səhər saatlarında Sumqayıtda Daxili Qoşunların əsgəri intihara cəhd edib.
Bu barədə Sumqayıt şəhər Polis İdarəsində bildiriblər.
Məlum olub ki, Haqverdiyev Sadiq Valeh oğlu tabeliyindəki hərbi silah ilə sinəsinə atəş açıb. Gənc oğlan ürəyini nişan alıb, xoşbəxtlikdən istədiyi alınmayıb.
07.35-də onu təcili yardım şəhər xəstəxanasına gətiriblər.
Haqverdiyevi əməliyyat edən cərrah Namiq Fərəcovun sözlərinə görə, xəstənin vəziyyəti indi stabil ağır qalır.
Baş verənlərin səbəbi məlum deyil. İstintaq orqanlarında bu istiqamətdə araşdırma aparılır.(Oxu.az)
OXŞAR XƏBƏRLƏR