Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub
SİYASƏT
11:54 02.09.2023
854
Sentyabrın 2-si saat 11 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Bildirilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
OXŞAR XƏBƏRLƏR