Dünən Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib.AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə "lent.az" məlumat yayıb.Məlumata görə, Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı, 1989-cı il təvəllüdlü Sərxanlı Elşən Adilxan oğlu özünü yaşadığı hərbi şəhərciyin həyətindəki ağacdan asıb. 24 yaşlı hərbçinin asılı vəziyyətdə qalmasını görən sakinlər onun həyatını xilas ediblər. E.Sərxanlı xəstəxanaya yerləşdirilib.