Orduya məcburi göndərilən ermənilərin işi - Azərbaycandan növbəti humanist addım

Orduya məcburi göndərilən ermənilərin işi - Azərbaycandan növbəti humanist addım
SİYASƏT
12:07 03.07.2021
1686
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, məhkəmə iclaslarında Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı terrorçuluq, təxribat hərəkətləri təkzibedilməz sübutlarla təsdiq edilib.

Tarixən bizə məlum olan faktlar məhkəmədə bir daha öz təsdiqini tapıb. Uzun illər Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi məkrli siyasəti bir daha məlum olub.

Tarix boyu Ermənistan rəhbərliyinin azərbaycanlılara qarşı düşmənçilik, kin və nifrət nümayiş etdirməsi bu ölkənin ideoloji əsaslarından biri olub. Elə bu ideologiya vasitəsilə ölkənin cinayətkar hökuməti öz vətəndaşlarından potensial terrorçu, cinayətkar dəstə və qatil yetişdirməyə çalışıblar. Məhz bu cür qrupların müxtəlif terror təşkilatlarında fəaliyyət göstərdiyi və ya təmsil olunduğu isə heç kimə sirr deyil. Bütün bunlara əsasən, deyə bilərik ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz vətəndaşlarından "kamikadze” kimi istifadə etməsi göz önündədir.

Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işində də Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübut edilib. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb və prokurorluğa göndərilib. Məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış elan edilib.

Məhkəmədə məlum olub ki, ermənilər hərbi xidmətə getmək və döyüşmək istəməyiblər. Amma Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Lakin həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri olmayıb. Onlar etiraf ediblər ki, döyüşə getməyəcəkləri halda ölümlə hədələnib və ağır fiziki işgəncələrlə təhdid olunublar. Bütün bunlar Ermənistanın rəhbər şəxslərinin öz vətəndaşlarına olan münasibətinin göstəricisidir.

Məhkəmədə anket məlumatlarının dəqiqləşdirilməsi zamanı ittiham olunan şəxslərin əksəriyyətinin işsiz olduğu məlum olub. Hətta onlar ifadələrində bildiriblər ki, işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu, bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə aşağı olduğunu göstərir. Heç kəsə sirr deyil ki, Ermənistan dünyada yoxsul ölkələr sırasındadır. Bu ölkənin iqtisadiyyatının həddindən artıq aşağı göstəricilərə malik olması bütün statistik rəqəmlərdə, hesabatlarda öz əksini tapıb. Bu da əhalinin sosial rifahının xeyli dərəcədə aşağı olması ilə nəticələnib. Təbii ki, iqtisadiyyatı güclü və dayanıqlı olmayan heç bir ölkə heç nəyə qadir ola bilməz. Ona görə də bütün bunlar ölkədə səfalətin hökm sürməsinə gətirib çıxaran əsas amillərdəndir.

Məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrindən aydın olub ki, ermənilər tərəfindən döyüşənlər yalnız hədə-qorxu ilə orduya cəlb edilənlərdir. Onlar müxtəlif təzyiqlər altında hərbi xidmətə məcburi göndəriliblər. Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri nəticəsində bu gün bu şəxslər gənc yaşında məhkəmə qarşısında cavab verdilər. Ermənistan bu gün məhkum olunan şəxslərin öz ölkələrində yaşadıqları müddətdə zəruri olan hüquqlarını belə təmin etməyib.

Ümid edək ki, artıq məhkum olunan şəxslərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə, regionda sabitliyin bərqərar olmasına töhfə olacaqdır. Təbii ki, humanizm siyasəti Azərbaycanda əsas prioritetlərdən biridir. Bu da dövlətimizin humanizm siyasətinin növbəti təzahürüdür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Həkim xəbərdarlıq etdi: Piylənmə xərçəng riskini artıra bilər
04:36 10.10.2026
Həkim xəbərdarlıq etdi: Piylənmə xərçəng riskini artıra bilər
Əfsanəyə bənzərliyi ilə diqqətləri üzərinə çəkdi: "Türk Kollina"
04:20 10.10.2026
Əfsanəyə bənzərliyi ilə diqqətləri üzərinə çəkdi: "Türk Kollina"
Zəlzələdən sonra məktəblər bağlandı
04:08 10.10.2026
Zəlzələdən sonra məktəblər bağlandı
Çin Ukraynada münaqişənin daha da gərginləşməsinə yol verməməyə çağırıb
03:56 10.10.2026
Çin Ukraynada münaqişənin daha da gərginləşməsinə yol verməməyə çağırıb
Bu toxum damarda iltihabı azaldır- Alimlər
03:43 10.10.2026
Bu toxum damarda iltihabı azaldır- Alimlər