Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, orta məktəb dərslikləri, uşaq ədəbiyyatı vergilərdən azad olunurlar.
AZXEBER.COM xəbər verir ki, bu məsələ parlamentin İqtisadi Siyasət komitəsinin noyabrın 21-də keçirilən iclasının müzakirəsinə çıxarılıb.
Sözügedən komitənin sədri Ziyad Səmədzadə bildirb ki, Vergilər Məcəlləsinin 164.1.8-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.
Həmin təklifə əsasən, ümumtəhsil müəssisələrində dərslik komplektləri (iş dəftərləri istisna olmaqla), uşaq ədəbiyyatının isrehsalı ilə bağlı redaksiya, nəşriyyat-poliqrafiya fəaliyyəti vergi ödəməkdən azad olunurlar.
Qanun layihəsi geniş müzakirələr açılmadan parlamentin plenar iclasına tövsiyə olunub.