Oruc tutmağın sağlamlıq üzərində bir çox faydalı təsiri olsa da, onu düzgün şəkildə həyata keçirmək və bədənin ehtiyaclarını nəzərə almaq çox önəmlidir. Hər kəsin bədən quruluşu fərqli olduğundan, oruc tutmağa başlamadan əvvəl həkimlə məsləhətləşmək və düzgün qidalanma planı qurmaq vacibdir.
AZXEBER.COM oruc tutmağın fayda və zərərlərini təqdim edir:
FAYDALARI:
Oruc tutmaq, kalorilərin məhdudlaşdırılması nəticəsində bədən çəkisinin azalmasına kömək edə bilər. Məsələn, intermitent oruc (aralıqlı oruc) bədənin yağ yandırma prosesini təmin edir.
İnsulin səviyyəsini azaldır və bu, daha sağlam metabolizmanın yaranmasına kömək edə bilər. Bəzi araşdırmalar, orucun qan təzyiqi, xolesterol və iltihab səviyyələrini yaxşılaşdırmağa kömək etdiyini göstərir. Bu, ürək-damar xəstəliklərinin riskini azalda bilər.
Oruc, bədənin toxuma təmiri və yeni hüceyrələrin yaradılmasına kömək edir. Bu da immunitet sisteminin güclənməsinə təsir edə bilər.
Araşdırmalar orucun insana təkcə fiziki yox, ruhsal olaraq təsir etdiyini də müəyyənləşdirib. Bəzi insanlar oruc tutarkən daha aydın düşüncə və yüksək konsentrasiya hissi yaşadıqlarını bildirirlər. Bu, bədənin enerji mənbəyini dəyişdirməsi və beyindəki kimyəvi reaksiyaların təkmilləşməsi ilə əlaqədardır.
ZƏRƏRLƏRİ :
Oruc tutmaq diabet xəstələrində və ya qan şəkəri səviyyələrini yüksək olanlarda əlavə risklər yarada bilər. Oruc tutmadan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Xüsusilə yeməkdən əvvəl çox miqdarda su içməmək, oruc müddətində su itkisinə və dehidratasiya riskinə səbəb ola bilər.
Uzun müddətli oruclar düzgün qidalanmadan tutularsa, bədənin zəruri vitamin və minerallardan məhrum qalması mümkündür.
Oksana