Orxan Əkbərov 'Diplomatik Protokol 2' layihəsinin qonağı oldu

GƏNCLİK
17:18 24.01.2013
1441

23 yanvar tarixində “Diplomatik Protokol 2” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşün qonağı “Beynəlxalq təmsilçilik” mövzusunda Azərbacayn Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov olub.

Diplomatik protokol qaydalarının, etik davranış normalarının, beynəlxalq qurumlarda təmsil olunma zamanı bu qaydaların düzgün həyata keçirilməsi yolları və bütün bunların fonunda Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə düzgün və dolğun yollarla çatdırılması görüşün əsas müzakirə istiqməti olub.

Orxan Əkbərov qeyd edib ki, beynəlxalq səfərlər və görüşlər zamanı istər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də Azərbaycan haqqında digər məlumatların tədbir iştirakçılarına düzgün çatdırılması üçün bu sahədə kifayət qədər məlumatlı olmaq lazımdır. Bu səbəbdən daima mütaliə etmək, Azərbaycan haqqında dolğun məlumatlara sahib olmaq və bu məlumatların diplomatik protokol qaydaları çərçivəsində çatdıra bilmək bacarıqlarının inkişaf etdirilməsi labüd şərtdir.

Gündəlik həyatda hər kəsin bilməli olduğu sosial protokol qaydalarından da bəhs edən Orxan Əkbərov daha sonra layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

OXŞAR XƏBƏRLƏR