Orxan Əkbərov: 'Şuşa Azərbaycanın tarixi torpaqıdır və heç kəs bunu özününküləşdirə bilməz'

Orxan Əkbərov:
Bütün Xəbərlər
12:40 23.10.2012
1636
Orxan Əkbərov: “Bu, Ermənistan tərəfinin tutduğu destruktiv və provokativ mövqeyinin bilavasitə göstəricisidir”“Bir neçə gün əvvəl Dağlıq Qarabağda qondarma “Dağlıq Qarabağ Respublikası”nın Mədəniyyət və Gənclər Nazirliyinin binasının istifadəyə verilməsi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində Ermənistan tərəfinin tutduğu destruktiv və provokativ mövqeyinin bilavasitə göstəricisidir”. Bu barədə AZXEBER.COM-a Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov verib.  Onun sözlərinə görə, bu addım Ermənistan rəhbərliyinin həqiqətən tarixən və mədəniyyət baxımından Azərbaycan xalqına mənsub olan torpaqlara olan iddiasını bir daha nümayiş etdirir: “Şuşa şəhəri tarixən Azərbaycan mədəniyyətinə aid bir şəhər olub və bu gün rəsmi İrəvanın təcavüzkar siyasətini yürüdən qondarma rejimin bu şəhərdə Azərbaycan mədəni irsin dəyişdirilməsi cəhdləri bəşəriyyətə qarşı edilən bir cinayətə bərabər tutula bilər. Daim bəsit fikirləri ilə yadda qalan Bako Saakyan bilməlidir ki, 2001-ci ildən UNESKO-nun Ümumdünya irsinin qorunmasında müvəqqəti namizədlər siyahısına daxil edilən Şuşa Dövlət Tarix – Mədəniyyət Qoruğu, artıq 1977-ci ilin avqustunda Azərbaycan SSRİ Nazirlər Sovetinin “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərarı ilə Şuşanın Azərbaycanın tarixi və mədəni irsi olduğu təsdiq edilib. 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş «Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında» Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiyaya müvafiq olaraq, mənşəyindən və sahibindən asılı olmayaraq mədəni dəyərlər və ya mədəni mülkiyyətin qorunması ilə bağlı maddələri ciddi şəkildə pozaraq, Şuşada və ümumiyyətlə bütün Dağlıq Qarabağ və ətraf rayonların tarixi irsinə ciddi ziyan vurub dağıdan bir hökumətin bu gün mədəniyyətdən danışması heç bir etik çərçivəyə sığmır”.
OXŞAR XƏBƏRLƏR