Orxan Zeynalovun qabırğası sındırıldı

Orxan Zeynalovun qabırğası sındırıldı
Bütün Xəbərlər
17:02 06.11.2013
977

Orxan Zeynalov tibbi müayinə tələb edir.

Orxan Zeynalovun vəkili Viktor Anikuşkin onun ağrılarının olduğunu bildirib.

O deyib ki, soydaşımız həbs edilən zaman zədələndiyini və qabırğasında çat olduğunu söyləyib.

O.Zeynalov həbsxananın tərkibindəki tibb məntəqəsinə müraciət etsə də, həkimlər onu müayinə etməkdən imtina ediblər.

Vəkilin iddiasına görə, həkimlər sadəcə ona ağrıyan hissəyə yod sürtməyini məsləhət görüblər. Ancaq həbsxanada yod tapmaq müşkül məsələdir. (publika.az)

OXŞAR XƏBƏRLƏR