Ən yaxşı yardımçı aktrisa nominasiyasında "Oskar" və "Qızıl qlobus" mükafatlarının sahibi, BMT-nin İnsan Alverinə Qarşı mübarizə üzrə Xoşməramlı səfiri Mira Sorvino Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə APA Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradova istinadən məlumat verir.