AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, İbrahim Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən müttəhimin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, İbrahim Əliyevin əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluğu olub.
Onun otaq yoldaşı Cəfər Vəliyevlə aralarında mübahisə yaranıb. Nəticədə İbrahim Əliyev C.Vəliyevə 16 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Belə ki, Cəfər Vəliyev ondan idman alətlərini götürməyini istəyib və əvvəlcə bu məsələyə görə mübahisələri yaranıb. Daha sonra İbrahim Əliyev "TikTok"da uca səslə videolara baxıb. Zərərçəkmiş ondan səsi azaltmağı tələb edib və sonra təqsirləndirilən şəxsin yaxasından yapışıb.
Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.











































