Oteldə sevgilisi tərəfindən cinsi təcavüzə uğrayan qadın danışdı

MARAQLI
17:50 23.09.2021
1975
Oteldə sevgilisi tərəfindən cinsi təcavüzə uğradığını iddia edən qadın danışıb.
 
AZXEBER.COM xəbər verir ki, Türkiyədə baş verən hadisənin detalları məlum olub.

Türkiyə mediasında yayılan xəbərə görə, mart ayında Çaycuma mahalında baş verən hadisədə N.S adlı şəxs 9 aydır sevgilisi olan O.E-dən ayrılmaq istəyib.

Onlar görüşüb və otelə gedib. Daha sonra oteldə mühahisə ediblər. Mübahisə zamanı oğlan qızın başında içki şüşəsi sındırıb və ona cinsi təcavüz edib.

Oğlanda oteli tərk edən qız polis şöbəsinin yanında olarkən maşının qapısını açaraq özünü bayıra ataraq polislərdən kömək istəyib. Polislər onun sevgilsini də saxlayıb. Daha sonra oğlana qəsdən xəsarət yetirmə və cinsi təcavüz iddiası ilə cinayət işi başladılsa da, məhkəmədə nəzarət şərti ilə sərbəst buraxılıb.

Növbəti məhkəmədə ifadə verən N.S sevgilisi tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib: "Otelə getdik, istəməsəm də üstümə gəldi. Başımda rakı şüşəsi sındırdı, cinsi təcavüz etdi. Şikayətçiyəm”.

Təqsirləndirilən şəxs ittihamları rədd edərək deyilənlərin doğru olmadığını bildirib. Daha sonra məhkəmə iclası təxirə salınıb.

 

OXŞAR XƏBƏRLƏR