Oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
SOSİAL
22:36 21.07.2026
276
Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birində oğurluq hadisəsi baş verib.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə oteldən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D. Göycəyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus "Chevrolet” markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S. Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər ili faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR