"Dünən axşam dostumuz jurnalist Anar Gəraylı vyetnamka geyindiyinə görə bizi puba - OTTO-ya buraxmadılar. Bizi qapıdan geri qaytardılar. Halbuki içəridən bir xarici vətəndaş vyetnamka ilə çölə çıxdı. Admnistrator da dedi o xarici vətəndaşdır, onu içəri buraxmışam yaxşı eləmişəm, sizi buraxmıram. Bu da azərbaycanlının etikası, tərbiyəsizliyi. Az qalırlar xarici vətəndaşın qabağında baş əyələr, azərbaycanlıya isə yuxarıdan aşağı baxalar. Düzələsi millətə oxşamır, təəssüf.." AZXEBER.COM-un məlumatına görə, bu sözləri Yeni-müsavat” qəzetinin əməkdaşı gənc jurnalist Elmin Bədəlov şəxsi "facebook" səhifəsində yazıb.