Oğul ömürboyu əzab çəkəcək hərəkət etdi

Oğul ömürboyu əzab çəkəcək hərəkət etdi
Bütün Xəbərlər
16:41 07.11.2013
2429
Hadisə baş verərkən ata sərxoş olub və söyüş söyüb
Oğulu etdiyi hərəkət ömrünün sonuna qədər yandıracaq. Onun atdığı dəmir parçası atasının həyatına son qoyub. Hadisə dünən Abşeron rayonu, Gorədil kəndi ərazisində baş verib. Rayon polis şöbəsindən milli.az-a verilən məlumata görə, 23 yaşlı Ceyhun Muxtarov dəmir borusunu 45 yaşlı atası Orduxana atıb. Dəmir onun başına dəyib və kişi dünyasını dəyişib. Hadisə baş verən zaman O.Muxtarov sərxoş imiş və oğlunu söyürmüş.Faktla bağlı araşdırma gedir.(ANSPRESS)
OXŞAR XƏBƏRLƏR