Oğul onu 'pullu'ya girdiyinə görə danlayan atasını öldürdü - QUBADA DƏHŞƏTLİ HADİSƏ
Bütün Xəbərlər
16:16 28.08.2012
2778
Ali məktəbə yeni qəbul olunmuş oğul atasını amansızlıqla öldürdü Bu gün Quba rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Birinci Nügədi kəndində 17 yaşlı Məmmədzadə Novruz Ehtiram oğlu atası, 1969-cu ildə anadan olmuş Məmmədov Ehtiram Novruz oğlunu ailədaxili münaqişə zəminində qətlə yetirib. Məlumata görə, 43 yaşlı E.Məmmədov kəndin sayılıb-seçilən, imkanlı adamlarından olub. Onun şəxsi mağazası, bir neçə avtomobili olub. E.Məmmədovun 17 yaşlı oğlu Novruz isə bu il orta məktəbi bitirib və ali məktəbə sənəd verib. Bir neçə gün əvvəl ali məktəblərə qəbul imtahanlarının nəticələrə açıqlanıb. Məlum olub ki, N.Məmmədzadə ali məktəbə qəbul olunub, lakin ödənişli əsaslarla. Qaydalara əsasən, Azərbaycanda ödənişli əsaslarla ali məktəbə qəbul olunanlar ilk təhsil ilinin ödənişini əvvəlcədən etməlidir. Bu isə Məmmədovlar ailəsində narazılığa səbəb olub. Evə çox vaxt içkili gələn, ailə daxilində münaqişə yaradan E.Məmmədov ödəniş məsələsini problemə çevirib. Oğlunu niyə ali məktəbə pulsuz əsaslarla qəbul olunmadığına görə danlayıb, onu döyüb. Bundan sonra isə gənc oğlan mətbəx bıçağını götürərək atasına bir neçə zərbə endirib. E.Məmmədovu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Hadisədən dərhal sonra N.Məmmədzadə tutulub. Fakt üzrə cinayət işi başlanılıb. Ali məktəb xəyalları quran gənci həbsxana barmaqlıqları gözləyir /// lent.az